Bolqarıstan Baş Prokurorluğu Kalin Mitrev haqqında araşdırmalara başlayıb.

Mehriban Əliyeva UNESCO-nun sədri İrina Bokova ilə

2012-2014-cü illər arasında onun hesabına 576 min dollar köçürülüb

Bolqarıstan Baş Prokurorluğu Azərbaycan hakimiyyəti ilə bağlı “pulyuyan maşın” jurnalist araşdırmasında adı keçən UNESCO prezidentinin İrina Bokovanın həyat yoldaşı Kalin Mitrev haqqında araşdırma başladıb.

Baş Prokurorluğun saytının yaydığı məlkumatda qeyd olunur ki, qurum Kalin Mitrevin də adının hallandığı Azərbaycan şirkətlərinin qanunsuz ödəmələri barədə mediada yayılmış məqalələrlə bağlı araşdırma başladıb.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi (OCCRP) tərəfindən hazırlanmış silsilə araşdırmalar Azərbaycan və xarici medianın əsas diqqət mərkəzindədir.

Böyük Britaniyanın “The Guardian” qəzetində nəşr olunan “Pulyuyan maşın” başlıqlı araşdırmada qeyd olunur ki, “Polux şirkəti 2013-cü ilin oktyabrın 25-də Kalin Mitrevin hesabına 27 min dollar köçürüb. Ümumilikdə, 2012-2014-cü illər arasında onun hesabına 576 min dollar köçürülüb. Həmin vaxt Mitrev iş adamı idi, indi isə Avropa Yenidənqurma və İnkişaf Bankının Direktorlar Şurasının üzvlərindən biridir.

Kalin Mitrev UNESCO-nun prezidenti İrina Bokova-nın əridir. Ona pul rəhbərlik xidmətlərinə görə verilib.

Mitrev deyir ki, ona pulu nəyə görə verdiklərini bilmirdi.