BMT İnsan Haqları Komissarlığının sözçüsü Rupert Kolvil təşkilatın Cenevrədəki ofisində təşkil etdiyi mətbuat konfransında hücumları Rusiyanın və ya Suriya rejiminin təşkil etməsi isbatlanarsa, bu ölkələrin savaş açmaqda günahlandırılacağını açıqlayıb.
R.Kolvil “Dünən Suriyada xəstəxana və məktəblərə edilən hücumların qəsdən törədildiyi sübut olunsa, bu cinayətdir” – deyə bildirib.
Sərhəd Tanımayan Həkimlər Təşkilatının dəstək verdiyi Suriyanın İdlib şəhərindəki Maarat Əl-Numandakı xəstəxanaya dünən təşkil olunan hücumda 7 nəfər həyatını itirib. Uzun müddətdir ki, taleyi qeyri-müəyyən olan 8 nəfərin isə öldüyündən şübhə edilir.