Bizdə ilk uşağa 90 manat, Ukraynada 1800 dollar verilir

Uşaqlar bir millətin, dövlətin gələcəyidir. Sivil ölkələr uşaqların, gənclərin yetişməsinə, onların təhsil və sağlamlığına, böyüməsinə imkan yaradır. Azərbaycanda isə uşaqlara göstərilən münasibət %d0%b7%d0%b0%d0%b3%d1%80%d1%83%d0%b6%d0%b5%d0%bd%d0%be-6fərqlənir. Bir neçə gün öncə redaksiyamıza övladının sağlamlıq problem olan valideyn bildirdi ki, Xaricdə Müalicə üzrə Dövlət Komissiyasının sədri “dövlət sənin övladına niyə pul xərcləməlidir ki? Onsuzda öləcək…” – deyib. Ölkədə uşaqlara dəyər verilmədiyindən şikayətçi olan valideyn, tək öz övladı üçün yox, digər uşaqların da gələcəyi üçün narahat olduğunu dilə gətirmişdi.  Azərbaycanda uşaqların hansı imtiyazları var, dövlət körpələr üçün nə edir?
Azərbaycanda uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği prezidentin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə 2013-cü il 1 sentyabr tarixindən 90 manat müəyyənləşdirilib. İşləyən qadın “analıq məzuniyyəti” dövründə hər  ay üçün müavinət alır. Ana işə çıxmırsa, uşağı 1 yaş yarıma çatanadək 20 manat müavinət, 3 yaşadək isə 15 manat ödənilir.
Ancaq məsələ ondadır ki, bu yardımdan işləməyən analar məhrum olunub. Onlar yalnız birdəfəlik 90 manat məbləğində yardım ala bilər. Onu da qeyd edək ki, 2006-cı ilin yanvarınadək 18 yaşadək uşaqlara müavinət verilirdi. Həmin uşaqpulunun məbləği 1 manat 80 qəpik təşkil edirdi. Bu, ləğv edildi və əvəzində bir dəfəlik müavinət müəyyən olundu. Yalnız ailədə uşaqların sayı 5 nəfərdən çoxdursa, o zaman 18 yaşadək hər uşağa 30 manat müavinət verilir.
Xarici ölkələrdə isə uşağa görə verilən müavinət xeyli yüksəkdir. Məsələn, Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa görə 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Avropaya gəlincə, burada müavinətlər bizim üçün fantastik görsənə bilər. Almaniyada hər bir uşağa 3 yaşınadək ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. Fransada hətta uşaq dünyaya gəlməmiş ana uşağa görə müavinət alır. Britaniyada isə birdəfəlik yardım 500 funt sterlinqdir. Bəzi Ərəb ölkələrində isə bu məbləğ 20 min dollardan başlayır.(bizimyol.info)