“Biz bilirik ki, cəsur hüquq müdafiəçilərinə qarşı olan bu həbslər siyasi motivlidir”

 Azərbaycanın hakimiyyət orqanları bir-birinin ardınca ölkə rəhbərliyinin əsas tənqidçilərinə qarşı misli görünməmiş təzyiqlər həyata keçirir. Onlarla QHT-in bank hesabları bağlanıb və ofislərində axtarışlar aparılır. Beynəlxalq cəmiyyət hədəf alınmış və həbs edilmiş insan hüquqları müdafiəçilərini qorumaq üçün təcili tədbirlər görməlidir. Azərbaycan hal-hazırda Avropa Şurasının sədridir və beynəlxalq standartlara uyğun hərəkət etmək, təqib və repressiyalara son qoymaq və bütün həbs edilmiş insan hüquqları müdafiəçilərini azad etmək üçün daha böyük öhdəliyə sahibdir.19495685_110758929545543_1797328966_o

Son iki həftə ərzində Azərbaycan hökuməti ölkədəki vətəndaş cəmiyyətinin tanınmış lider tənqidçilərini həbs edib: insan hüquqları müdafiəçisi Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus, “Demokratiya naminə oxu” kampaniyasının koordinatoru, hüquq müdafiəçisi Rəsul Cəfərov və hüquqşünas İntiqam Əliyev. Onların hamısı eyni ittihamlar üzrə həbs edilib (vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və Leyla Yunusa qarşı əlavə olaraq, vətənə xəyanət).

Bu dörd hüquq müdafiəçisinin işində ortaq cəhət Azərbaycanda siyasi məhbuslar üzrə gördükləri iş və beynəlxalq arenada bununla bağlı məlumat yaymalarıdır. İntiqam Əliyev siyasi məsələlərdə hüquqi məsləhət verən nadir hüquqşünaslardan biridir. Rəsul Cəfərov və Leyla Yunus siyasi motivli ittihamlarla saxlanılmış 100-dən artıq insanın siyahısını birləşdirmək üzərində yorulmadan çalışır və həbsdə olarkən,  8 avqustda yeni siyahı vermişdir.

13 İnsan Hüquqları Evindən olan 64 QHT, prezident İlham Əliyevə ünvanlanmış 5 avqust 2014-cü il tarixli birgə məktubda Leyla Yunusun həbs müddətində sağlamlığı barədə xüsusi narahatlıqlarını ifadə ediblər. O, şəkər xəstəliyindən əziyyət çəkir və müvafiq müalicəyə, həmçinin xəstəliyə nəzarət etmək üçün müəyyən edilmiş vaxtlarda yemək yeməyə ehtiyacı vardır. QHT-lər narahatdırlar ki, həbsdə olan şərait onun sağlamlıq vəziyyətinə mənfi təsir göstərə bilər. çünki göründüyü kimi o bu günədək müvafiq tibbi qayğı ilə təmin edilməyib.

Daha çox QHT-lər araşdırmalarla üzləşir və onların bank hesabları dondurulur. QHT rəhbərləri onlara xaricə səyahəti qadağan edən gizli siyahılara salınır və hər an məhkəmə dinləmələri ilə üzləşə bilir.

14 iyulda regional vətəndaş cəmiyyəti rəhbəri Həsən Hüseynli 6 illik həbs cəzasına məhkum edildi. 8 avqust 2014-cü ildə polis ölkədə QHT-lərin media hüquqlarını müdafiə edən aparıcı təşkilat olan  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofislərinə basqın təşkil etdi. Qrupun rəhbəri Emin Hüseynov beynəlxalq cəmiyyətdə tanınmış, məşhur hüquq müdafiəçisidir. 8 avqustda Emin Hüseynov əleyhinə, özünü prokurorluğa təhvil verməsi üçün məhkəmə qərarı çıxarıldı. Ona görə də o, hər an həbs edilə bilər və təcili müdafiəyə ehtiyacı var.

Azərbaycan 2014-cü ilin may ayından Avropa Şurasının Nazirlər Komitəsinin dövrü sədrliyini öz üzərinə götürüb. 2014-cü ilin iyun ayında Azərbaycanın prezidenti İlham Əliyev Şuranın Parlament Assambleyasında çıxış edərkən Emin Hüseynov, Rəsul Cəfərov və İntiqam Əliyev birlikdə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı Strasburqda etriaz aksiyası təşkil etdi.

Biz bilirik ki, cəsur hüquq müdafiəçilərinə qarşı olan bu həbslər siyasi motivlidir. Hakimiyyət orqanları ölkənin beynəlxalq, xüsusilə də Avropa Şurası çərçivəsində olan öhdəliklərini yerinə yetirənləri susdurmaq istəyir

Lamiyyə Əhmədova