Tanınmış xanəndə, Əməkdar artist Aygün Bəylər muğam dəstgahı yazır.Xəbərnamə.infonun məlumatına görə, Xanəndə “Ölkə.Az”a açıqlamasında bildirib ki, muğam dəstgahını musiqi aləmi adından Birinci Vitse-prezident Mehriban Əliyevaya ithaf edəcək: “Yeni dəstgah və muğam yazıram. Bu işə neçə illərdir başlamaq istəyirdim. Vasif Adıgözəlov, Tofiq Quliyev kimi sənətkarların yanında Quliyev kimi sənətkarların yanında böyümüşəm. Bu gün də onların böyüklüyünə, dəstəyinə çox htiyacım var. Onlar yoxdular, bir az sıxılıram ki, nəsə ortalığa çıxararam, istədiyim kimi alınmaz. Bunu sürpriz saxlamaq istəyirdim, amma soruşdunuz, deyirəm. Bir musiqiçi, sənətkar kimi muğamımızı dünyada birinci yerdə hesab edirəm. Mehriban xanım Əliyevaya minnətdarlıq əlaməti olaraq musiqi aləminin adından qəlbimizin səsini çatdırmaq istədim. Dəstgahın adı “Mehribani”dir və simfonik orkestrlə yazılacaq. Yeni başlamışam”.Xanəndə bildirib ki, “Mehribani”ni ilin sonuna qədər tamaşaçılara təqdim edəcək.
Related Posts

Sumqayıtda fəhlələr etiraz aksiyası keçirib- 6 aydır maaş almırlar
- admin
- 06/10/2016
- 0
Bu gün 70 nəfər fəhlə Sumqayıt İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçilirib. Bu barədə redaksiyamıza […]

Amal Clooney“Bu gün biz hamımız sevinə bilərik ki, günahsız gənc qadın azadlığa buraxılıb”,
- admin
- 25/05/2016
- 0
Xədicə İsmayılovanı Avropa İnsan Haqları məhkəməsində təmsil edən tanınmış vəkil Amal Clooney, onun azadlığa buraxılmasını […]

“Volkswagen”, “Bugatti”, “Porsche”-nin idarəçiliyində yenilik
- admin
- 24/09/2015
- 0
“Şirkətə yeni komanda ilə yeni start lazımdır”. Avropanın ən iri avtomobil konserni “Volkswagen”in idarə heyətinin […]