“Enerji maraqlarına insan haqlarını qurban verməyin!”
Bir qrup azərbaycanlı fəallar fevralın 6 –sında Almaniyanın paytaxtı Berlin şəhərində Almaniya Xarici İşlər Nazirliyinin qarşısında aksiyası keçirib.Təşkilatçılar Almaniyada mühacirətdə olan Demokratiya Naminə Vətəndaş Təşəbüsləri İctimai Birliyin sədri Sevinc İsgəndərova və siyasi-ictimai fəal Könül Əmirovadır.Bu barədə Xəbərnamə.info-ya təşkilatçılar məlumat verib.
Fevralın 6-da baş tutan aksiya “Enerji maraqlarına insan haqlarını qurban verməyin!” adlandırılıb.
Aksiyada “Diktatorlar Avropa üçün təhlükəlidir”, “Siyasi məhbuslara azadlıq”, “Kürü diplomatiyasına yox”, “Prezident seçkilərini baykot” kimi şüarları səsləndirilib.
Aksiyaya Avropanın müxtəlif şəhərlərindən, əsasən də Almaniyadan olan mühacirlər qatılıblar.