Binali Yıldırım “Özbəkistan dövlət başçısı İslam Kərimov həyatını itirdi”.

binali-yildirim2Türkiyə Baş Naziri Binali Yıldırım Özbəkistan Prezidenti İslam Kərimovun öldüyünü bəyan edib.

“Özbəkistan dövlət başçısı İslam Kərimov həyatını itirdi. Allahdan rəhmət diləyirik. Özbək xalqının acılarını paylaşırıq”, o deyib.

Cənab Yıldırım 65-ci hökumətin fəaliyyətinin 100-cü gününün dəyərləndirilməsi ilə bağlı keçirdiyi açıq toplantıda özbək liderin vəfatı ilə bağlı başsağlığı verib.

Ancaq bu xəbər hələ ki, Özbəkistan hökuməti tərəfindən təsdiqlənməyib. Bu gün Özbəkistan hökuməti İslam Kərimovun vəziyyətinin “kritik” olduğunu bildirib.

Bu arada ABŞ-da mülki aviasiyaya nəzarət edən Federal Aviasiya Administrasiyası bildirir ki, Özbəkistanın Səmərqənd şəhərindəki aeroportu şənbə günü, sentyabrın 3-də rəsmi təsdiqılənmişlərdən savayı bütün təyyarələr üçün qapalı olacaq. Bü günə icazələrin hamsı ləğv olunub, qurumun saytında bildirilir.