“Beynəlxalq nümayəndə heyəti gələndə ermənilər göz yaşı içində onlardan imdad diləyirlər”.

Xankəndində baş verən partlayışın səbəbi bilindi“Baş verən atışma və partlayışlara Azərbaycanın heç bir aidiyyəti yoxdur”.

Müdafiə Nazirliyi Ermənistan mətbuatının Xanatışma və partlayışlara Azərbaycanın heç bir aidiyyəti yoxdur”kəndi şəhəri üzərində Azərbaycana məxsus PUA-nın vurulması iddiasına aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, artıq düşmən tərəf o qədər qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı bir təhlükə olacağını hiss edir.

Bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə uçuşları barədə vahimə saçan bəyanatlar verirlər.

  • Beynəlxalq nümayəndə heyəti gələndə ermənilər göz yaşı içində onlardan imdad diləyirlər”.

    Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, “vurduqları” PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər.

    Erməni tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər.

    Ötən gün axşam saatlarında işğal altındakı Xankəndində güclü partlayışlar baş verib. Bu barədə “RİANovosti” agnetliyi xəbər yayıb. Məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi ilə danışıqlar apardığı saatlarda şəhərdə bir-birinin ardınca bir neçə güclü partlayış baş verib.

    “Həmsədrlərin qondarma “DQR prezidenti” Bako Saakyanla görüşünün keçirildiyi saatlarda şəhər bir-birinin ardınca baş verən partlayışlarla silkələnib”, – agentliyin Xankəndində olan müxbiri məlumat verib.

    Bundan başqa, şəhərin kənarında pulemyot atışi səsləri eşidilib, işıqsaçan güllələr görünüb. Danışıqların nəticələrini gözləyən jurnalistlər baş verənləri lentə alıblar.

    Lakin qondarma rejimin nümayəndələrindən şəhərdə nə baş verdiyi haqda məlumat almaq mümkün olmasa da, bu gün  “İnterfaks” agentliyi xəbər yayıb ki, rejimin güc strukturlarındakı mənbələr bildiriblər ki, Xankəndinin üzərində Azərbaycana aid pilotsuz kəşfiyyat təyyarəsinin vurub.

    Mənbə bildirib ki, pilotsuz uçan aparat döyüş təyinatlı deyil, kəşfiyyat təyinatlı olub. O, yerdən Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən vurulub. Mənbə təsdiq edib ki, həmin saatlarda Xankəndində həmsədrlərin danışıqları gedirdi. “İnterfaks” Azərbaycanın Xankəndi üzərinə ilk dəfədir ki, pilotsuz təyyarə göndərdiyini də bildirib.

    ATƏT-in Minsk qrupunun həmsədrləri

    ATƏT-in Minsk qrupunun həmsədrləri

    Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.

    Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

    Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

    Döyüşlərdə ermənilərə məxsus onlarla tank, artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən 200-dən çox hərbi qulluqçusu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 31 hərbi qulluqçusu şəhid olub.

    Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

    Aprelin 5-də Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov arasında Rusiya tərəfinin vasitəçiliyi ilə görüş keçirilib.

    Azərbaycan və Ermənistan qoşunların təmas xəttində hərbi əməliyyatların dayandrılmasına dair razılıq əldə ediblər.Aprel ayının 8-də Bakı vaxtı ilə saat 15.00-dan başlayaraq qoşunların təmas xəttində atəşkəs rejiminin bərpa olunması barədə razılığa gəlinib.
    ATƏT-in Bakı Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçirilməsinə başlayıblar.