Beynəlxalq Bankın müflis elan olunmaqla bağlı müracətindən çıxardığım ilkin nəticələr.

İqtisadçı-ekspert

Rövşən Ağayev

Beynəlxalq Bankın ABŞ məhkəməsinə müflis elan olunmaqla bağlı müracətindən çıxardığım ilkin nəticələr.

1) Ölkənin bank aktivlərinin az qala yarısına sahib olan bir bankın indiki vəziyyəti ölkənin maliyyə sisteminin iflası deməkdir, bu qədər nəhəng maliyyə itkisinə görə məsuliyyətin dairəsi son dərəcə kiçik oldu. Bu hadisə ölkənin maliyyə sisteminin idarə edilməsini kökündən dəyişməklə nəticələnməli idi;

2) Bu hadisə ölkənin böyük neft pulları sayəsində beynəlxalq kreditorlar arasında qazandığı etibarın axırına çıxdı;
3) Beynəlxalq Bankın xarici valyutada öhdəlikərini hökumətə transfer etməsi o deməkdir ki, Neft Fondunun 1 mlrd. dollar depoziti də getdi, indən sonra hökumət Neft Fondunun aktivlərinin həcmi ilə bağlı məlumat açıqlayanda həmin 1 mlrd. dolları nəzərə almayın…

4) Öz aktivlərinin həcmindən 2.2 dəfə çox məbləğdə hökumət dəstəyi sayəsində bank sağlamlaşdırılması təcrübəsi çox güman ki, dünya maliyyə böhranları tarixinə nadir hadisələrdən biri kimi düşəcək.

5) Yaxın tariximzdə nə regionumuzda, nə ölkəmizdə bu həcmdə maliyyə maxinasiyası və iflası olmayıb, çox yəqin ki, yaxın onilliklərdə də olmaq ehtimalı çox azdır…

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb