“Xebername.info ““Regional Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, İmişlidən sonra da, avqustun 18-i və 20-də Beyləqan və Ağcabədi rayonlarında, aqrar sektorda səmərəli biznesin təşkilinə dair məlumatlandırma sessiyası keçirilmişdir. Sessiyada mövzu ilə əlaqədar bir çox vacib məsələlərə toxunulub.
“Regional Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası İctimai Birliyinin Mətbuat Xidmətinə istinadən əldə olunan xəbəri olduğu kimi təqdim edirik:
“Regional Qarabağ” Kənd Təsərrüfatı Assosiasiyası İctimai Birliyi 18 və 20 avqust 2015-ci il tarixlərində müvafiq olaraq Beyləqan və Ağcabədi rayonlarında Azərbaycan Respublikasıının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Regionlarda fermerlər üçün səmərəli biznesin təşkilinə dair məlumatlandırma sessiyalarının təşkili: Qanunvericilik imkanları və reallıqlar” layihəsi çərçivəsində İmişli rayonunda mlumatlandırma sessiyası keçirmişdir. Qeyd etmək istərdik ki, layihənin əsas məqsədi Azərbaycanın regionlarında aqrar sektorun inkişafına yardım etməkdən ibarətdir.
Hər iki rayonda təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi, aqrar şöbənin əməkdaşları, fermerlər, kənd təsərrüfatı ilə məşğul olan şəxslər, bələdiyyə üzvləri, icra hakimiyyətinin qəsəbə və kəndlər üzrə nümayəndələri, o cümlədən gənclər iştirak etmişlər. Bütövlükdə hər bir tədbirdə 40 nəfərədək iştirak etmişlər. Keçirilən mezakirələri təşkilatın rəhbəri Musa İsgəndərov açaraq təşkilat və layihə haqqında məlumat verdi. M.İsgəndərov kənd təsərrüfatı ilə bağlı məsələlərin təşkiılatda prioritet olduğunu bildirdi. Bundan sonra tədbirin məruzəçisi Rafiq Təmrazov aqrar sektorun mövcud durumndan, qanunvericilik imkanlarından və həyata keçirilən islahatlardan danışdı. R.Təmrazov ölkə prezidentinin 2015-ci ili Kənd təsərrüfatı ili kimi qeyd etməsini bildirərək hökumətin bu sahəyə diqqət göstərdiyini vurğuladı.
Mütəxəssis daha sonra bildirdi ki, mövcud problemlərin həlli üçün toxumçuluq işinə xüsusi diqqət yetirilməli, subsidiyaların həcmi genişlənməli və kooperasiyalar yaradılmalıdır. Daha sonra R.Təmrazov aparılan tədqiqatların nəticələrindən nümunə gətirərək kiçik və orta sahibkarlığın inkişafının zəruri olduğunu vurğuladı.
Tədbir iştirakçıları müzakirəyə qoşularaq əkin sahələrinin suvarma probleminin, torpağın şoranlaşması məsələsinin aktual olmasını bildirdilər.
Daha sonra tədbir iştirakçıları mövzuyla bağlı suallar verdilər və bu cür tədbirlərin davamlılığının zəruri olduğunu qeyd etdilər.
xebername.info