Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub
Bu barədə hüquq müdafiəçisi Adəm Məmmədov bildirib. Vəkil Yunis Abdullayevin hazırda Kürdəxanı təcridxanasında saxlanıldığını bildirib:
Bu barədə mətbuata məlumat verilməmişdən əvvəl məhkəmə həbs qəti imkan tədbiri seçilmişdi. 3 aydan sonra məhkəmə həbs müddətini uzatmadığına görə o, azad olunmuşdu.
Sonra digər epizodlar ortaya çıxdı. Həmin epizodlara görə, Yunis Abdullayev 11 noyabrda məhkəmənin qərarı ilə həbs olunub”. Y.Abdullayevin dələduzluqda ittiham olunduğu bildirilir.
Onun həbsi başçı olan əmisinin reputasiyasına zərbə vurub. Beyləqanın icra hakimi yeganə şəxsdir ki, ən çox adı qalmaqallarda hallanır. İndiyə qədər heç bir icra başçısı bu qədər, yəni ilin sonuna kimi medianın gündəmində olmayıb. V.Abdullayevin imici və reytinqi onsuz da həmişə aşağı olub. Buna səbəb də müxtəlif kuryoz hadisələrdə, biabırçı addımlarda adının çəilməsidir. Məsələn, fakt təqdim etmişdik: prezidentin rayona gəlişi ərəfəsində tibb işçilərinə küçə süpürtdürür.
Onun haqqında Prezident Administrasiyasına saysız-hesabsız şikayətlər ünvanlanır. İcra başçısının yola salınması üçün bütün şərtlər yetişib. Vaqif Abdullayev sakinləri, iş adamlarını, fermerləri, kəndliləri, müəllim və həkimləri bezdirib.