Berlindəki hücumda şübhəli bilinən şəxs güllələnib

Handout pictures released by the German Bundeskriminalamt (BKA) Federal Crime Office show suspect Anis Amri searched in relation with the Monday's truck attack on a Christmas market in BerlinPolislər həmin şəxsi pasport yoxlaması zamanı saxlayıblar

Milan polisi Berlindəki yarmarkaya hücumda şübhəli bilinən şəxsi güllələyərək öldürüb.

Bu haqda “Reuters” agentliyi hüquq mühafizə orqanlarına istinadən məlumat verir. Xarici işlər naziri də sonradan faktı təsdiq edib.

İtaliyanın “La Repubblica” mətbuat orqanı məlumat verib ki, atışma zamanı həmin şəxs “Allahu Əkbər” qışqırıb. O, polis işçilərindən birini çiynindən yaralayıb. Silahlı hücum 23 dekabrda “1 May” meydanında baş verib. Polislər həmin şəxsi pasport yoxlaması zamanı saxlayıblar. Ölənin şəxsiyyəti barmaq izləri yoxlanılandan sonra təsdiqlənib.

19 dekabrda Berlindəki yarmarkaya hücumda Tunis əsilli Anis Amri şübhəli bilinir. İstintaqın ehtimalına görə A.Amri əvvəlcə polşalı sürücüyə hücum edərək onu öldürüb və daha sonra yük maşınını kütlənin üzərinə sürüb.

Hadisə nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb.