Belçikada mühacirlər əleyhinə nümayişlər keçirilib

Belçikanın iğtişaş polisi mühacirət əleyhdarı olan sağçı partiyanın üzvlərindən ibarət nümayişi dağıtmaq üçün supüskürən vasitələrdən istifadə ediblər.images (82)

Nümayişçilər bazar günü Brüsselin mərkəzində ölkə tarixində ən dəhşətli terror hücumunun qurbanlarını anan kütlə qarşısına çıxıb.

Şəhər meydanından keçən fəallar mühacirlərin əleyhinə şüarlar səsləndirib və nasist atəşfəşanlığı keçirib.