Bayram Məmmədov.
Vəkil məhkəməyə müraciət edəcəklərini söyləyib
İyulun 12-də Bakı İstintaq Təcridxanasının rəhbərliyi Bayram Məmmədova anası ilə görüşməyə icazə verməyib.
Bu barədə vəkil Elçin Sadıqov öz Facebook səhifəsində xəbəri paylaşıb.
Vəkil qeyd edib ki, görüş üçün bir həftə əvvəldən müraciət ediblər və bütün lazımi sənədlər Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova, Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidova təqdim olunub.
“Penitensiar Xidmət fundamental hüquq olan Azərbaycan qanunları və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsilə təminat verilən yaxın qohumlarla ünsiyyət saxlamaq hüququnu kobud şəkildə pozur. Həmçinin bu Bakı İstintaq Təcridxanasında saxlanılan digər şəxslərə nisbətən Bayram Məmmədova qarşı açıq ayrı-seçkilikdir. Hesab edirik ki, bu hal Bayram Məmmədova psixi, mənəvi sarsıntı vermək üçün edilir və həbsdə saxlanılan şəxsin hüquqları pozulur. Bununla bağlı yaxın vaxtlarda məhkəməyə müraciət edəcəyik”,-deyə vəkil fikrini tamamlayıb.