BAYIL YENİDƏN SÜRÜŞDÜ, 4 EV DAĞILDI – “Vəziyyət ciddidir…”

eldar-ezizovXəbər verdiyimiz kimi Bayıl yamacında sürüşmə zonasında aktivlik müşahidə edilir. Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə görüşdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib: “Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür”.
APA-nın xəbərinə görə, icra başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.
Onun sözlərinə görə, sakinlər bir illik kirayə pulu ilə təmin olunacaq.
E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.
Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.

dc870a22f70ffa59f7892d82d26d4129Əraziyə yaxin məsafədə yaşayan sakin Elməddin Muradlı musavat.com-a bildirib ki, sürüşmə teleqüllədən 200-300 metr aşağıda baş verib. Nəticədə yamacdakı evlərdən bəziləri yararsız hala düşüb, işıq dirəkləri aşıb: “Hazırda əraziyə Səbayel Rayon İcra hakimiyyətinin əməkdaşları, polislər və digər müvafiq qurumların əməkdaşları cəlb olunublar. Əhali isə təhlükə olduğu üçün yaxına buraxılmır”.

“Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir: “Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.

***

abid-eliyevBayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.APA-nın xəbərinə gərə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.

O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.

Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda dərinləşmə 5-6 metrə çatıb. Əlavə məlumat veriləcək”.

Ərazidə sürüşmə prosesi davam edir.