Tayland baş naziri Prayut Chan-OCHA, Şeyxülislam Əziz Pitakumpolun qarşısında diz çökdü.
Taylandda yaşayan 8 milyona yaxın müsəlmanın lideri olan Şeyxülislam Əziz Pitakumpolun verdiyi iftar yeməyinə gələn Tayland baş naziri Prayut Chan-OCHA dizlərinin üzərinə çökərək Şeyxülislamı salamladı.
90%-i Buddist olan Taylandda rəsmi olaraq tanınan iki dini liderdən biri Buddizmi digər isə İslamı təmsil edir. Protokolda Şeyxülislam baş nazirdən də üstün məqam sayılır və bu səbəblə qatıldığı dəvətdə baş nazir Chan-OCHA dizləri üzərinə çökərək Şeyxülislama hörmətlərini təqdim edib.
Elnur ORUCLU