Baş həkimin polis oğlu qəzada öldü

Xəbər verdiyimiz kimi, Qazaxdan Bakı istiqamətinə hərəkətdə olan “Porsche” markalı maşın Tovuzda Qəhrəmanlar parkının giriş hissəsinə çırpılıb. 

Nəticədə avtomobilin sürücüsü, Hacıqabul rayon polis şöbəsinin əməkdaşı Zakir Qəhrəmanov dünyasını dəyişib.

Nəqliyyat vasitəsində olan sərnişinlər Tovuz Rayon Polis Şöbəsinin Qovlar polis bölməsinin əməkdaşı, Alakol kənd sakini, Nurxan Hüseynov və onun həmkəndlisi Azad Fətullayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, Zakir Qəhrəmanov “Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.

“Qafqazinfo” ARB 24-ə istinadən qəzanın görüntülərini təqdim edir:

***

Axşam saatlarında Tovuz rayonunda 1 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Rayonun Heydər Əliyev prospekti ilə hərəkətdə olan “90-DK-003” dövlət qeydiyyat nişanlı “Porsche” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və divara çırpılıb.

Hadisə nəticəsində sürücü, 1981-ci il təvəllüdlü, Qəhramanov Zakir Şakir oğlu ölüb. Maşında olan sərnişinlər, Tovuz rayon Alakol kənd sakinləri – 1984-cü il təvəllüdlü, Hüseynov Nurxan Əmirxan oğlu və 1990-cı il təvəllüdlü, Fətullayev Azad Ramiz oğlu ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti ağırdır.