İqtisadçı ekspert Əkrəm Həsənov şəxsi Facebook hesabından problemli əmanətlərlə bağlı yeni xəbər paylaşıb. Ekspert “Bank Standard”ın Kreditorlar Komitəsinin 3 saat davam edən iclasından sonra rəhbərlik səviyyəsində kreditorlara pullarının batması xəbərinin verildiyini bildirib. Ə. Həsənovun yazıb: “Əsas nailiyyətimiz: Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadovun maskası düşdü. Kreditorlara dedi ki, pulunuz batıb, əlavə heç bir sənəd verib sizə kömək etməyəcəyəm, bankın olan-qalan əmlakını da özümüzə götürəcəyik. Üstəlik, məni də şərlədi ki, guya əhalini banklarda əmanət saxlamamağa çağırıram. Halbuki, onun öz hərəkətləri əmanət saxlamamaq üçün ən böyük dəlildir.” İqtisadçı bildirib ki, o bu gün bank qarşısında borcuna görə özünü yandıran şəxs haqqında da məlumat verib. “Banklara borcu olanı az qala öldürürlər, amma banklarda pulu batanlara görə heç kəs cəzalandırılmır. Sonda da Cavadov kimisi az qala kreditorlara deyir ki, siz kimsiniz axı, sizə nə isə təqdim etməli olum”- Ə.Həsənov deyib. O, məsələnin təfərrüatları ilə bağlı sabah geniş yazacağını açıqlayıb.
Related Posts
Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rənglərinə bürünəcək.
- admin
- 27/05/2017
- 0
Sabah Türkiyənin İstanbul şəhərindəki Fatih Sultan Mehmet körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlanacaq. Belə ki, saat […]
Anar Abdullayev”Məmurlar öz səlahiyyətlərindən istifadə edərək kiçik sahibkara problem yaratmaqla, bu sahəni “gəlir” sahəsinə çevirib”.
- admin
- 11/03/2016
- 0
Azərbaycanda kiçik və orta sahibkarlığın mövcud vəziyyəti, sahibkarların problemləri və digər məqamlarla bağlı”Hüquqi və […]
Bankirdən “Üçüncü devalvasiya olacaqmı?” sualına cavab
- admin
- 19/10/2016
- 0
Hər kəs bir-birindən tez-tez qarşıdan gələn üçüncü devalvasiya haqqında soruşurlar. Bu suala bankirlər cavab verməlidirlər […]