Bakıdakı xəstəxanada intihar hadisəsi

japonya-da-intihar-orani-15-yil-sonra-dustu-4257054_8531_oBakıdakı xəstəxanalardan birində 51 yaşlı kişi inthara cəhd edib. Lent.az-ın məlumatına görə, saat 00:30 radələrində Nərimanov rayonu, F.X.Xoyski küçəsi 99 ünvanında yerləşən 5 saylı şəhər klinik xəstəxanasında 1964-cü il təvəllüdlü İsmayılov Rəhim Tofiq oğlu özünü asaraq intihar etmək fikrində olub. O, xəstəxananın pəncərəsinin dəmir barmaqlığına qalstuk bağlayaraq özünü öldürmək istəyib. Hadisə şahidləri R.İsmayılovun niyyətini başa çatdırmasına imkan verməyib.
Faktla bağlı araşdırma aparılır.
Mətləb BALAKİŞİYEV