“Xebername.info” ATV.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə Latviyanın məşhur “Kapitals” jurnalının Ermənistanla bağlı məqaləsi Bakının Alov qüllələrinin fotosuyla verilib. Belə məlum olur ki, guya bu qüllələr İrəvandadır. Həmkarımız Vüsal Gözəlov şərhində bildirib ki, bu qeyri-adi hal Latviyada yaşayan soydaşlarımızın diqqətini çəkib. Məqalə ilə tanışlıqdan sonra Azərbaycan səfirliyi hərəkətə keçib. Səfirlik jurnalın redaksiyası ilə əlaqə saxlayıb və bunun səbəbləri soruşulub. Redaksiyadan bildirilib ki, bu, texniki səhvdir və avqustun 21-də işıq üzü görəcək növbəti sayda düzəliş yayımlanacaq. Riqadakı Azərbaycan səfirliyinin əməkdaşları bununla bağlı Latviyanın Xarici İşlər Nazirliyinə də müraciət ediblər.
xebername.info