Bakıda xeyli sürücüyə avtomobil sürmək qadağan edildi

Ötən dövr ərzində inzibati protokollar əsasında 20 və daha artıq cərtimə balı toplayan 440 sürücünün isə sürücülük hüququ müxtəlif müddətə məhdudlaşdırılıb.

FDGD

Xebername.info xəbər verir ki, bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov əlavə edib ki, qaydaları pozan sürücü və piyadalar barəsində yol polisi əməkdaşları tərəfindən ümumilikdə 791708 inzibati protokol, Mərkəzi Məlumat Xidmətində (MMX) tərəfindən isə 278554 elektron protokol tərtib edilib: “Piyadaların avtomobillər tərəfindən vurulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı 94947 halda piyadalar inzibati məsuliyyətə cəlb edilib. Yol polisi əməkdaşları tərəfindən sürücülərə sürət həddinin aşılması ilə bağlı isə 9553, ötmə, manevretmə və qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxmaya görə 7858, yolayrıclarını keçmə qaydalarının pozulmasına görə 161 mindən çox inzibati protokol tərtib edilib. Bundan əlavə 14697 halda sərxoş sürücü müəyyən edilib. Sərnişindaşıma qaydalarını pozan 2024 sürücü cəzalandırılıb. İşıqforun qırmızı işığından keçdiyinə görə isə 11394 sürücü məsuliyyətə cəlb edilib”.

Bundan əlavə, 619 avtoxuliqan, 2167 halda isə polisin qanuni əmrinə tabe olmayan sürücü aşkar edilib.

 

Mətləb BALAKİŞİYEV