Mitinqdə çıxışlar başlayıb. İlk çıxış edən AXCP sədri Əli Kərimli olub. Onun çıxışından yükləyə bildiyimiz kiçik bir parçanı təqdim edirik:
Mitinq keçirilən ərazidə internet demək olar ki, tamamilə kəsilib. Bu səbəbdən mitinqdən canlı yayım etmək, foto və videoları operativ yaymaq mümkün olmur.
***
Bu gün Bakıda Milli Şuranın təşəbbüsü ilə ümumxalq mitinqi keçiriləcək. Məhsul stadionunda keçiriləcək mitinq saat 15:00-da başlamalıdır. Mitinqdə məqsəd 11 aprelə təyin edilən növbədənkənar prezident seçkisinə etiraz etməkdir. Aksiyada siyasi-iqtisadi islahatlara dair aktual olan başqa tələblər də səsləndiriləcək.