Bakıda tanınmış iş adamı özünü öldürdü (FOTO)

Lent.az-ın əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Aslanov Bilal İsmayıl oğlu özünü Atatürk prospektində yerləşən “Dortek” mağazasının zirzəmisində asaraq intihar edib.img2066938
38 yaşlı B.Aslanov Bakıdakı “Dortek” mağazalarının sahibi olub. Onun asılı vəziyyətdə qalmış meyitini işçilər bu gün səhər saatlarında aşkarlayıb.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.