Bakıda ÖZBAŞINALIQ: vətəndaşın xəbəri olmadan adına kreditə… Bakıda vətəndaşın xəbəri olmadan onun adına saxta imza ilə kompüter alınıb. Bu barədə report-a vəkil Vamiq Şükürov məlumat verib. Vəkilin sözlərinə görə, iştirakı olmadan sənədləri və imzası saxtalaşdırılmış, adına kreditə kompüter götürülmüş vətəndaş Elçin Hacıyev hüquqi yardım almaq üçün ona müraciət edib: “Kompüteri kreditə vermiş “BestComp Group” şirkəti Elçin Hacıyevi məhkəməyə verib. Sabunçu Rayon Məhkəməsi isə həmin şəxsin borcunun onun maaşından tutulması qərarı çıxarıb”. V.Şükürov həmin qərardan apellyasiya şikayəti verdiyini deyib: “Uzun sürən məhkəmə prosesindən sonra yeni qərar çıxarıldı. Məhkəmədə məlum oldu ki, mənə müraciət edən şəxs Elçin Hacıyev kompüteri həmin şirkətdən almayıb, onun yerinə imzası saxtalaşdırılıb. Məhkəmə bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunması barədə xüsusi qərar qəbul etdi”. Vəkil əlavə edib ki, bu məsələdə “BestComp Group” şirkətinin günahı olmayıb: “Sənədi saxtalaşdıranlar başqa şəxslər olublar”.
Related Posts
Hakimiyyətdən Razi Nurullayevə təhqiramiz təklif – YAXCP
- admin
- 08/06/2016
- 0
Son dönəmlər Azərbaycan siyasətində bütün dönəmlərin ən uğursuz cəhdi olan AXCP-ni “özəlləşdirmək”, partiyanı bu dəfə […]
Akif Çovdarov”E.Fətullayev bizim dövrümüzdə MTN-ə işləyirdi, indi də DTX-yə işləyir”.
- admin
- 25/11/2016
- 0
Akif Çovdarovdan Eynulla Fətullayevə ittiham Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarov […]
Şəhid qızını işdən çıxardan icra başçısı.
- admin
- 04/06/2016
- 0
İcra başçısı şəhid qızının işdən çıxarılması göstərişini verdi Neftçala rayonunda məmur ozbaşınalığı artıq pik nöqtəyə […]