
Sakinlər musavat.com-a bildiriblər ki, bir neçə gündür susuz qalıblar. Onların susuz qalmasının səbəkarı isə, yeni inşa edilən binaların komendatı olub.
Belə ki, sakinlərdən su pulunu yığan komendat həmin məbləği “Azərsu”ya ödəməyib. Yaranan 33 min manatlıq borca görə sakinlərin suyu kəsilib.
Yaranmış vəziyyətdən narazı olan sakinlər sentyabrın 13-ü saat 22:30 radələrində binanın yaxınlığındakı avtomobil yolunu bağlayıblar. Sakinlər yola ağaclar düzərək hərəkəti məhdudlaşdırıblar.
Hadisə yerinə Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları gəliblər. Sakinlərlə söhbətdən sonra yol açılıb.
Polis əməkdaşları sakinlərə bununla bağlı “Azərsu”ya və aidiyyəti qurumlara müraciət etməyi məsləhət görüblər.(musavat.com)