Bakıda fəaliyyət göstərən Deuche Aptheka-gələn dərman və tibb ləvazimatları heç bir yerdə qeydiyyatdan keçmədən Azərbaycanın apteklərində satışa çıxarılır. Bu barədə məlumatı qəzetmizimə Səhiyyə Nazirliyində olan etibarlı mənbə verib. Mənbənin bildirdiyinə görə bu apteklər şəbəkəsi Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məxsusdur. O bu apteklər gətirdiyi dərmanları yoxlanışdan yayındıraraq dövlət büdcəsinə vergi vermir. Bu aptekin digər özəlliyi də ondan ibarətdir ki, buradan alver edən şəxslər Azərbaycanda hakim ailəyə yaxınlığı ilə seçilir. Bu aptek Azərbaycanın yükəsk elitası üçün nəzərdə tutulub. Amma yuxarıda da qeyd etdiyimiz kimi onlar gətirdikləri dərman və avadanlıqlara görə dövlət büdcəsinə pul ödəmirlər. Apteklər şəbəkəsinin sahib olduğu əsas imtiyazlardan biri də dövlət qurumlarının bu müəsisələrdə heç bir formada yoxlanış aparmaq səlahiyyətlərinə malik ola bilməməsidir. Səhiyyə Nazirliyində olan mənbənin verdiyi məlumata görə onlarda toxunulmaz apteklərin və tibbi avadanlıqlar satan mərkəzlərin siyahısı mövcuddur. Bu toxunulmazlar sırasında Deuche Apteklər şəbəkəsi də var öncülərdəndir. Qəzetimiz məsələ ilə əlaqədar olarq Səhiyyə Nazirliyinin mətbaut xidmətinin rəhbəri Liya Bayramova ilə əlaqə saxladı. Liya Bayramova deyilən xəbərləri təzib edərək bildirdi ki, bu məlumatları dövriyyəyə buraxan şəxslər Azərbaycanı istəməyən şəxslərdir. Hipokrat andı içib tibbi işçisi kimi fəaliyyətə başlayan şəxslər belə bir məlumat verməməlidirlər. Liya Bayramova bizdən həmçinin mənbənin kim olmasını soruşaraq yaxın zamanlarda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirdi.
Related Posts
“Azərbaycanda 145-dən çox siyasi məhbus var, hamısı şərtsiz azad edilməlidir”
- admin
- 23/09/2017
- 0
Sentyabrın 22-də ATƏT-in “İnsan inkişafı-2017” adlı forumunda ABŞ nümayəndə heyəti bəyanat yayıb. Sənəddə bəzi ölkələrdə […]
BAYIL YENİDƏN SÜRÜŞDÜ, 4 EV DAĞILDI – “Vəziyyət ciddidir…”
- admin
- 10/02/2018
- 0
Xəbər verdiyimiz kimi Bayıl yamacında sürüşmə zonasında aktivlik müşahidə edilir. Bayılda sürüşmə baş verən ərazidən köçürülən […]
Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyuldu- PUL MƏNİMSƏMƏSİNƏ GÖRƏ
- admin
- 31/12/2017
- 0
Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdiri Fatma Abdullazadənin Azərbaycandan çıxışına qadağa qoyulub. Xebername.info modern.az-a […]