Bu gün səhər saatlarında metronun “Qara Qarayev” stansiyasında ölüm hadisəsi baş verib.
Bu barədə AzVision.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib.
QSC rəsmisi qeyd edib ki, dünyasını dəyişən şəxs 1947-ci il təvəllüdlü Bakı sakini, ixtisasca həkim olan Həsənov Emin Hüseynağa oğludur.
İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib. Stansiyaya həkimlər çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.