Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb. Ə. Ağalı İraqın Azərbaycandakı səfirinin tərcüməçisinin qardaşıdır.
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb. Onun İraq Hava Yollarının Bakı nümayəndəliyində sürücü işlədiyi bildirilir.
***
Bakıda “Dəmirci Tower”-də silahlı insident baş verib.
APA-nın məlumatına görə, hadisə binanın üçüncü mərtəbəsində İraq Hava Yollarının ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.
Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları ərazidədir.