Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə məhkəmə prosesi başlayıb.
Bu iş üzrə məhkəmə qarşısına «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin mavini Fuad Qəhrəmanlı da daxil olmaqla, ümumilikdə 18 nəfər çıxarılıb.
İyulun 19-da keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, onların bir neçəsinin, ümumiyyətlə, vəkili yoxdur. Böyük əksəriyyətinin müdafiəçisi isə dövlət hesabına təyin olunmuş vəkillərdir.
Təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov, ümumiyyətlə, vəkildən imtina edib: «Bir «paykovoy» vəkil vermişdilər mənə, hökumət vəkili idi. «Bandotdel»də bizə zülm edəndə, o, məni qorumaq əvəzinə az qalırdı özü də məni döysün».
«ETİRAZIM REJİMƏDİR»
Təqsirləndirilən şəxslərdən məhkəmə tərkibinə etiraz edib-etmədiklərini soruşanda, Fuad Qəhrəmanlı suala belə cavab verib: «Hakimlər dəyişsə də, heç nə dəyişməyəcək. Ona görə etirazım yoxdur. Mənim etirazım bu rejimədir».
Fuad Qəhrəmanlı həmçinin məhkəmə iclaslarının tez-tez keçirilməsini istəyib: «Kürdəxanıda vəziyyət çox pisdir. Orada bu istidə adam saxlamaq mənəvi işgəncədir».
Təqsirləndirilən şəxslərinin bəzilərinin vəkilləri olmadığından, onların müdafiəçi ilə təmin edilməsi üçün prosesdə fasilə elan olunub. Məhkəmənin hazırlıq iclası saat 14:00-da davam edəcək.
u gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin məhkəməsi başlayır.
İstintaq başa çatarkən müdafiə tərəfi açıqlamışdı ki, cinayət işində ortaya sübut qoya bilməyiblər. Üstəlik, istintaq bir çox qaranlıq məsələlərə aydınlıq gətirməkdən yayınıb.
«Müsəlman Birliyi» Hərəkatının rəhbəri T.Bağırzadə ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat zamanı saxlanıb. O, CM-in 120 (qəsdən adam öldürmə) 228.3 (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4 (qanunsuz olaraq silah gəzdirmə) və digər ağır maddələri ilə ittiham olunur.
AXCP sədrinin müavini F.Qəhrəmanlı isə Nardaran hadisələri ilə bağlı özünün Facebook səhifəsində yazdığı statuslara görə ötən il dekabrın 8-də həbs edilib. O, CM-in 281 (dövlət əleyhinə açıq çağırışlar), 283 (milli, irqi, sosial və ya dini nifrətin, düşmənçiliyin salınması) və 220.2 (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmə) maddələri ilə günahlandırılır.
Ötən il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində silahlı əməliyyat keçirib. Nardaran hadisələri zamanı 2-si polis olmaqla 7 nəfərin həlak olduğu bildirilir. Həmin gün T.Bağırzadə və onun 14 tərəfdarının həbs edildiyi söylənir.
Həmin vaxt rəsmi və hakimiyyətyönlü mətbuatda bildirilirdi ki, Nardaran qəsəbəsində dini radikal qüvvələr kök salıb.
T.Bağırzadə isə bu əməliyyatdan əvvəl Nardaran sakinlərinin problemləri ilə bağlı hakimiyyəti sərt tənqid edirdi. Sonradan prokurorluq bildirdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə ümumilikdə 70 nəfər şəxs həbs edilib. Onlardan daha yüngül maddələrlə ittiham edilənlərdən bir çoxunun məhkəməsi bir müddət öncə başlayıb. Bəzilərinə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası verili