Uşaq isə atasının – Ruben Vardanyanın soyadını daşıyır. Bildirilir ki, Bakı hava limanının sərhəd xidmətinin əməkdaşları uşağın anasını və atalığını ölkəyə buraxıb, özünü – Luka Rubenoviç Vardanyanı isə deportasiya etməyi qərara alıb.
Kristina yazıb ki, onlar hazırda yekun qərarı və pasportlarının verilməsini gözləyirlər.
Dövlət Sərhəd Xidmətinin Bakı hava limanındakı nümayəndələri isə virtualaz.org-a bildiriblər ki, ermənilərin yaydıqları məlumat doğru deyil.
“Azərbaycan sülhpərvər dövlətdir və biz Luka Vardanyanı ölkəyə buraxmağa hazırıq. Ancaq onun atası işə qarışıb, atasının israrı ilə uşaq geri qaytarılıb. Heç bir deportasiyadan söhbət gedə bilməz.
Azərbaycan ölkəyə gələn başqa turistlər kimi həmin uşağın da təhlükəsizliyini təmin etməyə hazırdır”, – deyə mənbə bildirib.