Bahar Muradova: Heydər Əliyevi anlamayan insanlar bədbəxt adamlardır

Milli Məclisin sədr müavini Bahar Muradova Heydər Əliyevdən danışmayan deputatlara irad tutub. O bildirib ki, Heydər Əliyev sağlığında yalnız öyünmür, həm də tənqid olunurdu:

“Ulu öndərin ünvanına kəskin şəkildə tənqid irəli sürənlər var idi. Bu gün bu salonda əyləşən həmkarlarımızdan bəziləri də vaxtilə ümummilli lideri tənqid ediblər. Lakin illər keçdikcə onlar ulu öndər irsini anlamağa başladılar. Bunun özü böyük irəliləyişdir. Zamanında Heydər Əliyevi özünə qarşı görənlər bu gün onun Azərbaycanı inkişafa aparan güc olduğunu dərk edirlər. Onun liderliyi, tam şəxsiyyət olması da bundadır”.

Bahar Muradova foto: Azərtac
Bahar Muradova foto: Azərtac.

Vitse-spiker bildirib ki, amma nədənsə bu gün həmin insanlar burada çıxış etmirlər:

“Nədən çəkindiniz, sosial şəbəkələrdənmi? Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Heydər Əliyevi anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, ulu öndər onu sevələrin ürəyində yaşayacaq. Bir sözlə, onun dövlətə xalqa, millətə fayda gətirən ideyalardan doğan şəfəqlər ulu öndəri sevənlərin qəlbinə işıq saçacaq, ümummilli lideri sevməyənlərin isə gözünü qamaşdıracaq”.