Ən az 31 adamın öldüyü, 73 adamın yaralandığı ifadə edildi.
İraqın paytaxtı Bağdad yaxınlığındakı Sədr şəhərində bazarda bomba yüklü yük maşınının partlamasından ən az 31 adam öldü, 73 adam yaralandı.
Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Bağdadın şərqində Əl-Cəmilə bölgəsindəki bir iş yerində bomba yüklü yük maşınında partlayış edildi. Partlayışda 31 adam öldü, 73 adam yaralandı.
Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən mühasirə altına alındı. Ölü və yaralılar ətraflardakı xəstəxanalara köçürülüb. Ölü sayının arta biləcəyi ifadə edilir.
Mətləb BALAKİŞİYEV