B.Hacıyev deputat Fazil Mustafanın şikayəti əsasında polisə dəvət edilib

Bu gün, iyunun 22-də ictimai fəal Bəxtiyar Hacıyev Milli Məclisin deputatı Fazil Mustafanın şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib.

Bəxtiyar Hacıyev: Deputat toxunulmazlığına sığınıb vətəndaşları təhqir edirsə kimsə hüquqi müstəvidə ona qarşı çıxmalıdır.Fazil Mustafa Bakı şəhər Baş Polis İdarəsinə şikayət edib ki, mən onun həyatına təhdidəm, onu hədələmişəm, şantaj etmişəm.

Onun sözlərinə görə, millət vəkili son zamanlar ardıcıl olaraq həm mediada, həm sosial şəbəkələrdə Hacıyev barəsində nalayiq ifadələrdən istifadə edərək postlar yazdırır.

“Mən ona zəng edib, qeydiyyatda olduğu rayonu soruşmuşam ki, həminn rayonun məhkəməsinə müraciət edim. O öz ritorikasına uyğun ifadələrlə yenə məni təhdid etdi. Mən onunla bağlı ölkə rəhbərinə və hüquq mühafizə orqanlarına şikayət edəcəyimi bildirmişəm. Fazil Mustafa bunu təhdid kimi qəbul edib və bildirir ki, onu təhdid edirəm.”
Hacıyev millət vəkilinin hərəkətlkərindən müvafiq orqanlara müraciət etdiyini və polisə, həmçinin məhkəməyə müraciət edəcəyini deyib.
“Millət vəkili öz deputat toxunulmazlığına sığınıb vətəndaşları təhqir edirsə kimsə hüquqi müstəvidə ona qarşı çıxmalıdır. Mən hüquqi olaraq bu addımı sonadək atmağı düşünürəm,” o qeyd edib.