“Bəzi ölkələrin “müsəlmanlar ölkəmizə girə bilməz”, deməsini xoş qarşılamıram. Bunu doğru saymıram.”
Avropa.info xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Berlindəki fransız litseyi tələbələrinin suallarını cavablandırarkən deyib.
Suriyanın də Avropa Birliyinin qonşusu olduğunu ifadə edən Merkel, 500 milyon əhalisi olan AB-nin qaçqınları qəbul etməsinin məsuliyyət daşıdığını deyib.
“Bəzi ölkələrin müsəlmanlar ölkəmizə girə bilməz deməsini xoş qarşılamıram. Bunu doğru saymıram. Bu, Avropa dəyərlərinə, din və insan azadlıqlarına ziddir”, -deyə Merkel qeyd edib.