Bəxtiyar Hacıyevə ölkədən çıxmasının yasaq olduğu bildirilib

“Ölkədən çıxışıma qadağa ola biləcək heç bir səbəb yoxdur"

Tanınmış bloqqer, ictimai-siyasi fəal Bəxtiyar Hacıyev iki gün öncə xaricinə getmək istəyərkən aeroportda saxlanılıb və ona ölkədən çıxmasının yasaq olduğu bildirilib
Bəxtiyar Hacıyev:
“Mənim ölkədən çıxışıma qadağa ola biləcək heç bir səbəb yoxdur. Yayda Avropaya səfər etdim. Səfər zamanı heç bir maneyə rast gəlmədim. Həmin səfərin üstündən çox qısa vaxt keçib. Vəkilim Cavad Cavadov hazırda Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinə müraciət edib. Ölkədən çıxışına qadağa qoyulan vətəndaşlara bunun səbəbi bildirilir, mənə isə hələ ki, heç bir məlumat vermirlər”.