Bərdədə yeniyetmənin qətlinin təfərrüatları məlum olub.
APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, öldürülən H. Mirzəməmmədovun atası İsmət Mirzəməmmədov bildirib ki, oğlu küt alətlə başından vurularaq öldürülüb və su kanalına atılıb.
Məlum olub ki, qətlə yetirilmiş şəxs 7-ci sinif şagirdidir. Ağdaş rayonunun Aral-1 kəndində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkün, 2003-cü il təvəllüdlü H. Mirzəməmmədov Bərdədə çobanlıq edirmiş. Hadisə H. Mirzəməmmədov otlaq sahəsində heyvanları otararkən baş verib.
17:13
Bərdə rayonunda qətl hadisəsi baş verib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Şorkanal ərazisində baş verib.
Belə ki, Kəlbəcər rayonundan məcburi köçkün olan 2003-cü il təvəllüdlü Həsrət Sabir oğlu Mirzəməmmədov naməlum şəxs tərəfindən döyülürək öldürülüb.
Qeyd edək ki, ailə həmin ərazidə təsərrüfat işləri ilə məşğul olurmuş. Yeniyetmə də orada mal-qara otarırmış.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.