Yeni tikiləcək inzibati bina üçün Dövlət Komitəsi müsabiqə elan etdi.
Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin Sәnaye Mülkiyyәti Obyektlәrinin Ekspertizası Mәrkәzi (AzPatent) dizayn işləri ilə bağlı müsabiqə elan edib.
“AzPatent üçün inzibati binanın tikintisi planlaşdırılır. Binanın dizayn layihəsi intellektual fəaliyyət sahəsini özündə əks etdirən elementlərlə əhatə olunmalıdır” – deyə, komitədən bildirilib.
Qeyd edək ki, daha ətraflı məlumat almaq üçün 594 37 75 nömrəli telefonla “AzPatent”in rәhbәrliyinә müraciət etmək olar (Ünvan: AZ 1009, Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 53. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin arxasındakı bina. E-mail: info@azpatent.az; Web: www.azpatent.az).
Xebername.info