Azay Quliyev müzakirələr üçün Avropaya gedir

Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev mayın 10-dan Avropa ölkələrində işgüzar səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Xəbərnamə.info-a verilən məlumata görə,  A.Quliyev Finlandiyanın paytaxtı Helsinki şəhərində iki günlük səfərini başa çatdırdıqdan sonra Danimarkanın paytaxtı Kopenhagenə yola düşəcək.

Səfər zamanı hər iki ölkədə parlamentarilər və siyasi xadimlərlə görüşlər keçiriləcək, ATƏT-Azərbaycan əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılacaq.

Azay Quliyev Kopenhagendə ATƏT PA-nın Beynəlxalq Katibliyində qurumun Baş katibi Roberto Montella ilə görüşəcək.

Səfər mayın 13-də başa çatacaq.