“Azərsu”-yun su kimi “Şəffaf” əməlləri, nəqliyyatın hərəkətində fəsadlar yaradıb.
Bu gün səhər saatlarında Bakı şəhəri, 3-cü mikrorayon, Seyid Cəfər Pişəvari küçəsində 135 saylı sərnişin nəqliyyatı “Azərsu ASC”-nin qazdığı çuxura düşüb. Belə ki, təmir etdikləri yolda heç bir tikinti normalarına əməl olunmur. Yolda xəbərdarlıq və məlumat lövhələri qoyulsa da, lazım olan yerdə və məsafədə qoyulmadığı üçün, qəza baş verib. Belə görünür ki, iş üzrə səlahiyyətli şəxslər üzərinə düşən nəzarəti düzgün etmir və bunun da “çuxuruna” düşən xalq olur.
Mətləb BALAKİŞİYEV