Siyasi mühacirətdə olan müxalifçi jurnalist Türkel Azərtürk bildirib ki, Niderland polisi sui-qəsdin hazırlanması barədə xəbərdarlıq edib.
“Dünən axşam Niderland polis əməkdaşları bizə gəldi. Dedilər ki, etibarlı mənbələrdən (Azərbaycanda) alınan məlumata görə, mənə və daha 9 nəfərə sui-qəsd hazırlanır. Polis fakt üzrə araşdırma aparır və aşağıdakı şəxslərə ehtiyatlı olmağı tövsiyə edir: maksimum tədbirləri: Qənimət Zahidov (Zahidov), Emin Əhmədbəyov, Turkel Azərsoy (Azərtürk), Leyla Yunus, Arif Yunus, Sevinc Mirzəyeva (Osmanqızı), Arif Məmmədov, Orduxan Temirxan, Qabil Məmmədov, Vidadi İsgəndərli”, – T.Azərtürk Facebook səhifəsində yazıb.
T.Azərtürk yazır ki, son günlər yaşadığı ərazidə naməlum şəxslər tərəfindən izləndiyini hiss edib.
Bundan öncə Leyla və Arif Yunuslar da oxşar məlumat yaymışdılar.
Azərbaycanlı siyasi mühacirlər təhlükə barədə xəbərdarlıq edilib
