Azərbaycanlı nazir – oliqarxın Ukraynadakı bahalı otelinin FOTOLARI

mirotel_main

Azərbaycanlı nazir – oliqarxın Ukraynadakı bahalı otelinin FOTOLARI

Nəqliyyat naziri Ziya Məmmədov Ukraynanın məşhur Truskavets kurort şəhərində dəyəri yüz milyonlarla dollar olan otel aldığı idida olunur.

Bu barədə AzToday.az-a Truskavets şəhərinə müalicə məqsədilə ilə gedib-gələn soydaşlarımız məlumat veriblər. Onların sözünə görə, Truskavetsin ən məşhur və bahalı istirahət məkanı azərbaycanlı oliqarxın aldığı “Mirotel” sayılır.

Soydaşlarımızın dediklərinə inansaq, Truskavetsdə hamı “Mirotel”in azərbaycanlı nazirə məxsus olduğunu bilir.

AzToday.az-a daxil olan məlumatda iddia olunur ki, son zamanlar Ziya Məmmədovun başını “qara buludlar” alan ərəfədə nəqliyyat naziri “Mirotel”in bir hissəsini nazir həmkarlarından birinə hədiyyə edərək vəziyyətdən çıxıb…

Azərbaycanlı nazir-oliqarxa məxsus otelin fotolarını təqdim edirik: