İşlərdən ikisi F.Namazlının apardığı işlərdir.
Kommunikasiyası başlanan şikayətlər bunlardır:
1. Seymur Həzi 15 may 2010-cu ildə aksiya zamanı həbs olunub, 7 gün müddətinə inzibati həbs olunub. Həbsdə olduğu müddətdə işgəncəyə məruz qalıb. Bu iş üzrə ərizəçinin nümayəndələri Fariz Namazlı və Rəşid Hacılıdır.
2. Məğrub Bədəlli barəsində 2010-cu ilin dekabr ayında CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb. Səbail RPİ-nin 39-cu PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.
3. Abdulla Yolbarsov Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalıb. Nümayəndə Xalid Bağırovdur.
4. Məmməd Əzizov işi. 07 mart 2013-cü ildə MTN əməkdaşları tərəfindən həbs edildikdən sonra işgəncəyə məruz qalıb. Bu hadisədən əvəl 09 yanvar 2013-cü ildə aksiyadan öncə Səbail RP-nin 9-cu PB-nin əməkdaşları tərəfindən tutulub və bölmədə səhərə qədər işgəncəyə məruz qalıb. Bu iş üzrə nümayəndə F.Namazlıdır.
5. Murad Ədilov işi. 2014-cü ilin avqustun 11-də Sabirabad rayon Polis şöbəsinin və DİN-0nin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub və sonradan işgəncəyə məruz qalıb. Bu iş üzrə nümayəndə Yalçın İmanovdur.
Avropa məhkəməsi bütün işlərdə Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verib verməməsi ilə bağlı hökümətə suallar ünvanlayıb. Bundan əlavə, Haziyev işində həmçinin 10-cu maddənin, Bədəlli işində 5.1, 5.4, 8-ci maddələrinin pozuntusu ilə bağlı suallar ünvanlayıb.