Azərbaycanın diaspor təşkilatının rəhbəri erməni qızı ilə evləndi.

İsveç Azərbaycanlıları Federasiyasının rəhbəri, İsveçdəki Azərbaycan diasporunun rəhbəri Səttar Sevigin erməni qızı ilə ailə həyatı qurub.1485180802_270194
Bu barədə Publika.az-a İsveçdəki Azərbaycan diasporu üzvlərindən məlumat daxil olub.
Məlumatda deyilir ki, Səttar Sevigin uzun ildir bir yerdə yaşadığı və əslən Cənubi Azərbaycandan olan həyat yoldaşı Əfsanə Seviginlə münasibətlərinə son verib: “Səttar Sevigin öz həyat yoldaşından ayrılaraq, onu İsveçdə tək buraxıb. Sonra isə erməni qızı ilə yaşamağa başlayıb. Tək qaldığını anlayan Əfsanə Sevigin isə Bakıya qayıdıb”.