Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az saytının sorğusuna cavab olaraq deyib ki, 2016-cı ilin əvvəlinə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 96 079 nəfərdir:
Onun sözlərinə görə, 2015-ci ildə ilk dəfə psixi pozuntular və davranış pozuntuları
diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 5107 nəfər olub:
“Onlardan 3530 nəfəri kişilər, 1577 nəfəri qadınlardır”.
Statistika göstərir ki, ötən illə müqayisədə Azərbaycanda ilk dəfə psixi pozuntu diaqnozu qoyulan xəstələrin sayında 2 dəfə artım qeydə alınıb.