Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsi aprelin 19-da Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirəcək. Bu barədə VCMK-dən Xəbərnamə.İnfo-a məlumat daxil olub.
“Azərbaycanda vətəndaş çəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” – mövzusunda təşkil olunacaq Forum Beynəlxalq Mətbuat Mərkəzinin Dəyirmi Masa Zalında saat 10-dan 13-dək baş tutacaq. Forumda yeli və beynəxlaq vətəndaş cəmiyyəti institutlarının, uyğun dövlət orqanlarının, beynəlxalq təşkilatlar və xarici ölkələrin səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Foruma KİV və ictimaiyyət nümayəndələri dəvətlidirlər.