Azərbaycanda unikal ödəniş qəbzləri

Bakıda bəzi elektron ödəmə maşınları yanlış tarixə qəbz verirlər

terminal_million_030414Azərbaycan unikal ölkədir. Burda qezri-adi hadisələrə hər yerdə rast gəlinir. Ötən dəfə oxucularımıza Atena şirkəti tərəfindən hazırlanan süd məhsulları barədə xəbər vermişdik. Belə ki, maqazində satılan Atena şirkətnin hazırladığı süd məhsullarının üzərində yazılan istehsal tarixi satiş tarixindən bir gün sonraya təsadüf edirdi. Yəni məntiqlə süd məhsulu hələ istehsal edilməmiş satılırdı. Son günlər sosial şəbəkələrdə yayılan daha bir məlumat isə milliön və emanat ödəmə məntəqələrində edilən elektron ödəmələrin tarixi ilə bağlıdır. Məlumat üçün deyək ki, bu ödəmə məntəqlərinin bəzi aparatlarında verilən qəbzlərdə ödəmə tarixi gerçək ödəniş tarixi ilə üst – üstə düşmür. Məsələn, Nizami metrosunun yaxınlığında yerləşən emanat ödəmə köşklərindən birində qəbzlər ödəmələri etdiyindən bir gün sonrakı tarixlə çap edilir. Maraqlısı budur ki, 28 fevralda etdiyiniz ödəmə 29 fevral tarixinə hesablanıb yazılır. Və ya əgər 29 fevralda ödəmə etsəniz 30 fevral tarixində görünə bilər. Yəni, olmayan tarixdə ödəmə etmiş kimi görünürsünüz. Emanat ödəniş portalından bu məsələ ilə bağlı ünvanlanan suala cavab olaraq bildiriblər ki, bu bəzi ödəmə aparatlarında ortaya çıxan program pozuntusu ilə bağlıdır və mütəmadi olaraq bu problem aradan qaldırılmağa çalışılır. Ödəmə qəbzlərinin gerçəkliyi ilə bağlı isə heç bir problem yoxdur. Hələliksə Azərbaycanın elektron ödəmə sistemləri mövcud olamayan tarixlərə ödəniş qəbzi çap etməyə davam edirlər.