Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib.

Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərləndi —  Ölən var                                       Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib. 

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, iyulun 5-də Binəqədi rayonunun Fatmayı bağlar sahəsində yaşayan Tariyel Qurbanov dərmandan və spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Anoloji hadisə iyulun 5-də Xəzər rayonunun Binə qəsəbəsində də baş verib. Həmin ərazidə yaşayan Əmiraslan Nəzərov dərmandan, iyulun 6-da Gəncə şəhərində yaşayan azyaşlı Fərid Babazadə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.