“Azərbaycanda sosial şəbəkəni bağlaya bilərlər” – Açıqlama

“Onlayn media onsuz da “KİV haqqında” qanunla tənzimlənir.

Sosial şəbəkəni tənzimləyən qanunvericilik iki il öncə Cinayət Məcəlləsinə əlavə edilib”.

Bu barədə  media hüququ üzrə mütəxəssis Ələsgər MəmmədliAzərbaycanda “Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında” yeni qanun layihəsini şərh edərkən bildirib.

O qeyd edib ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən sosial şəbəkə üzərindən təhqir və böhtana cərimələr müəyyən edilib: “Əgər sosial şəbəkə sahəsində hüquqi boşluq deyən varsa, bu doğru deyil. Boşluq yoxdur. “KİV haqqında” qanunda da açıq şəkildə göstərilib ki onlayn media medianın bir qoludur. İnternet medianın hüquq və vəzifələri bu qanunda müəyyən edilib. Sosial şəbəkə də interet mediası olduğu üçün bu onun üçün də keçərlidir”.

Ekspert qeyd edib ki, sosial şəbəkəni qanunla dəyişmək mümkün deyil: “Bu qanun layihəsini təklif edənlər istəsə ki ölkədə sosial şəbəkə olmasın, sosial şəbəkəni bağlaya bilər”.