Qarşıdakı 4 ildə – 2016, 2017, 2018 və 2019-cu illərdə Azərbaycan manatının ABŞ dollarına və avroya nisbətdə orta illik məzənnəsi açıqlanıb.
Xebername.info, APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi zərfində 2016-cı ildə və qarşıdakı 3 ildə ölkədə milli valyutanın məzənnəsinin bivalyuta səbətinə daxil olan valyutalara nisbətdə dəyişməz qalacağı gözlənilir.
Başqa sözlə, qarşıdakı 4 il ərzində 1 ABŞ dollarının 1,0500 manat, 1 avronun isə 1,1332 manat səviyyəsində olacağı gözlənilir.
Elgün ORUCLU