“Məndə olan məlumata görə, problemli kreditlər 22 bankda var. Bəzi məlumatlara görə isə bu problem 17 bankı əhatə edir. Onun hansının dəqiq olduğunu deyə bilmərəm, lakin həmin kreditlərin həcmi heç də 7 faiz deyil. Problem elə bir həddə gəlib çatıb ki, onun 7 faiz olduğunu kimsə deyə bilməz. Əslində, dünya praktikasında qırmızı xətt 5 faiz olaraq götürülür. Bizdə isə nəinki 5, hətta 7 faizi keçib”.
Azərbaycanda problemli kreditlər “qırmızı xətt”i keçib
